• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 27.02.2023 20:33

Xalq Çalğı Alətləri Orkestri konsertlə çıxış edib

KepezTV Player

Firkrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib. Bədii rəhbəri və baş dirijoru Xəyal Qəhrəmanov olan orkestrin bu il üçün ilk çıxışında repertuara yeni daxil olan xalq, bəstəkar və ritmik muğamlarla yanaşı, rəqslər də nümayiş olunub. Konsertdə 15 mahnı 8 solistin ifasında təqdim olunub. Xalq Çalğı Alətləri Orkestrinin bu il üçün yenilikləri də var.

Xəyal Qəhrəmanov- Orkestrin bədii rəhbəri və dirijoru: "Gələcək planlar - bizim il boyu görkəmli bəstəkarlarımızın yubileyləri var, bunları etməliyik. Rayonlara, xarici ölkələrə səfərlər gözlənilir. Filarmoniyamızda olan kollektivlər konsert verir. Bunun üçün də böyük səylə çalışırıq".

Elnur Rzayev