• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 956
— 27.02.2023 20:30

Siqaretin yaratdığı dəri xəstəlikləri

KepezTV Player

Ümumdünya Siqaretdən İmtina Günü çərçivəsində mütəxəssislər bir sıra xəbərdarlıq veriblər. Bu xəbərdarlıqlarda bildirilir ki, bir çox xəstəliklərə səbəb olan siqaretin həm də çox ciddi dəri xəstəliklərinə yol açması ilə bağlıdır. Mütəxəssislər bununla bağlı vətəndaşlara xəbardarlıq edir.

Tütün məmulatlarının zərərli maddələri həm birbaşa olaraq, həm də dolayı yolla, yəni qan dövranı vasitəsilə bir sıra xəstəliklərə səbəb olur. Tütün məhsullarının yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynayır.

Yüksəl Hüseynli- həkim: “Ən çox mədə-bağırsaq sistemi, tənəffüs sitemi xəstəlikləridir. Və digər üzvlərimizə zərər verir. Ən böyük fəsadlarından biri dediyimiz xərçəng xəstəliyidir. Kişilər arasında ilk yerdə ağciyər xərçəngi, qadınlar arasında da artıq təəssüf ki, istər passiv çəkmə istərsə də son dövrlərdə qadınlar arsında siqaret çəkmə hallarının artması oqanizmdə müxtəlif növ xəstəliklərin artmasına səbəb olur. Ən çox mədə-bağırsaq sistemi xəstəlikləri, selikli qişaların quruması, tənəffüs yolunda da xərçəng xəstəliyidir, xroniki abstruktiv xəstəliklərə səbəb olur”.

Alimlər siqaretin daxili orqanlarla yanaşı, dəridə də ciddi xəstəliklər yaratdığını qeyd edir. Filterindəki və kağızındakı maddələrin ekzemaya səbəb olduğunu deyirlər. Həmçinin, gündəlik siqaret istifadəsinin miqdarının çoxaldılması ilə sədəf xəstəliyinin şiddəti artır, əl-ayaq tutulması baş verir. Siqaretin kanserogen təsirinin dəri xərçənginə də yol açdığı bildirilir.

Azad İsmayılov- dermatoloq: “Tütün məmulatlarından istifadə eləmək bədən üçün çox ziyandır. Xüsusilə ağciyər xəstəliyinə, dəri xəstəliyinə meyilli olan insanlarda ekzema, psoriaz xəstəliyi varsa, bu, onlarda mənfi hal yaradır. Bundan başqa, dəri xərçəngi çox yayılmış xəstəlikdir. Bunun əlamətləri - dəri asanlıqla qanayır, insan da buna fikir vermir, siqaret çəkir. Saçların tökülməsinə səbəb olur, dırnaqların kövrəlməsinə səbəb olur. Çürüyür, un kim ovxalanır. Bunun hamısının səbəbi tütündən istfadə edən insanlar arasında olur”.

Siqaret çəkən insanlarda vaxtından əvvəl və sürətli qocalma əlamətləri müşahidə edilir. Üzdə olan sümüklərin boz rəng alması səbəbindən üzün rəngi dəyişir. Siqaret tüstüsünün təsiri ilə dərinin nəmliyi azalır, qırışlar əmələ gəlir. Günəş şüaları dəyən hissələrdə bu əlamətlər özünü daha tez büruzə verir.

Aişə Rzayeva