• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 27.02.2023 12:32

Azərbaycan Prezidenti Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

KepezTV Player

Prezidenti İlham Əliyev Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğulayıb və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirib. İon-Marçel Çolako Azərbaycanın Avropa İttifaqının strateji trəfdaşı olduğunu bildirib, Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malik olmasını qeyd edib. Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulanıb.