• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2136
— 27.02.2023 12:37

Polis əməliyyatlar keçirib, saxlanılanlar var

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən Nicat Mehtiyev saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və 1 ədəd giliz də götürülüb. Baş İdarə 4-cü Polis Bölməsi əməkdaşları isə Elmir Vəliyevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 1 ədəd patron götürərək aidiyyəti üzrə təhvil veriblər. Gəncə Şəhər Baş Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşları da uğurlu əməliyyat keçiblər. Şəhər ərazisindəki avtomobilə qanunsuz olaraq daxil olub, oğruluq törətməkdə şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyev saxlanılıb. Bundan başqa Gəncədə polis qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-a yaxın şəxsi yaxalayıb. Şəxslərdən “marixuana” “heroin”, “tiryək” və “metamfetamin” aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.