• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 26.02.2023 20:38

Əsrin faciəsi anılıb

KepezTV Player

Gəncədə Məhsəti Gəncəvi Mərkəzində Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci il  dönümü ilə bağlı anım tədbiri keçirilib. Təbirdə Xocalıda törədilən vəhşiliyin  təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı soyqırım olduğu vurğulanıb. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Tədbirdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi Xocalıya aid hazırladıqları ədəbi bədii kompazisiya nümayiş etdirib. Vətənpərlik ruhunda şerlər səsləndirilib, mahnılar ifa olunub.