KepezTV Player
Gəncədə "Xocalı” abidəsinin önündə Xocalı faciəsinin 31-ci il dönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Nikoloz İaşvili, şəhər rəsmiləri, ziyalılar və Gəncədə məskunlaşan Xocalı rayonunun sakinləri iştirak ediblər. Xocalıda şəhid olanların ruhu sükütla yad edildikdən sonra Xocalı abidəsinin önünə gül dəstələri qoyulub. Şəhidlərin ruhuna dualar oxunub.
- Baxış: 338