• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 26.02.2023 20:32

Əsrin faciəsindən 31 il ötür

KepezTV Player

26 fevral 1992-ci il. Bu tarix ötən əsrin ən böyük faciəsi kimi tariximizə qara həriflərə yazıldı. Həmin gün yaddaşlarımızda ermənilərin Xocalıda törətdiyi faciə, misli görünməyən vəhşiliklə qaldı. Bu qanlı faciədən 31 il keçməsinə baxmayaraq xocalılar o dəhşətli günü yenə də ağrı-acı ilə xatırlayırlar.

Bu bizim kəndimizdir, bu da yoldaışımın şəklidir. Bu da qaynatamdır. Kəndimizin mərkəzində yaxşı bir yerdə şəkil çəkdiriblər.

Xocalı rayon sakini 60 yaşlı Gülabə Əsgərovanın indi doğulduğu kənddən eləcədə birinci Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı Xəzani Əsgərovdan xatirə qalan şəkillər bir də həyat yoldaşının şəxsi əşyalarıdır. Deyir ermənilərin onların başına gətirdiyi müsibətdə heç bilmir ki, necə oldu ki, bunları özü ilə gətirə bildi. Çünki ermənilər həmin dövr onların başına olmazın müsibətini gətirib. 1992-ci ilin fevralın 25-26-na keçən gecə qanlı qətliamla üzləşiblər. Heç kimin ağlıma gəlmiyən işgəncələrə, vəhşiliyə məruz qalıblar. Qoca, cavan qadın demədən heç kəsə aman vermədən işgəncə ilə öldürüblər.

Gülabə Əsgərova Xocalı sakini: O həmişə yaddadır. Bizə elə zülümlər ediblər. Şəhid verdik, onların yarası gedərmi? Hamımız canlı şahidik. Meyitlərin başına nələr gətiriblər, nə qədər bizim Xocalıda qohumlarımız atamın bacısı uşaqlarından başqa ayrı qohumlarımız orada şəhid oldular. Uşaq olsun, qoca olsun heç nəyə baxmırdılar. Qansız hamını qırıb tökürdülər. O zülümlərimiz getsin gəlməsin. Millətin içində girib, kəndlərə dolub qırdılar. Əli sılahsız insanlara zülüm ediblər.

Ermənilərin xocalıların başına gətirdiyi o müsibətli günləri xatırlmaq olduqca ağrılıdır. Çünki törədilən teror, insanlığa sığmıyan vəhşilik nə gözlərin önündən gedir nə də yaddaşlardan çıxır.

Şəkura Abdullayeva Xocalı sakini: Xocalını qırdılar, elə müsibətdə qırdılar ki, müsibət idi. Xocalıda camaatın ayağını, başını  kəsirdilər. Başını kəsib sonra quyuya tökürdülər. Qabaqdan quyu qazmışdılar cavan oğlanları quyuya doldurub üstərini betonlayırdılar.

Seyfəli Quluyev Xocalı sakini:Mənim xeyli yaxın adamlarım öldü. Əmim uşaqları, xalam uşaqları hamısı şəhid oldu.Orada çox pis müsibət oldu. Uşaqların başını kəsirdilər. Kişilərin, arvadların başına min oyun açırdılar.

Xocalıdan çıxanda körpə uşaq olan İkinci Qarabağ müharibəsində vuruşaraq ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda şəhid olan Elnur Məmmədovun ailəsi onunla fəxr edir. Çünki Elnur Məmmədov kimi minlərlə şəhidin, qazinin vuruşduğu Qarabağ indi azaddır. Onun canından keçdiyi torpaqlara ailəsi, az yaşlı övladları gedəcək.

Kəmalə Məmmədova şəhidin həyat yoldaşı:Şükürlər olsun ki, bu gün ali baş komandanımızın siyasəti nəticəsində güclü ordumuzun səyi nəticəsində biz Qarabağı azad etmişik. Orada çox böyük quruculuq işləri gedir. Çox səbirsizliklə gözləyirik ki, biz xocalılar öz torpaqlarımıza qayıdacağıq.

Yusif Məmmədov şəhidin oğlu:Atam şəhid Elnur Məmmədov 2020-ci ilin sentyabırın 27-də Qarabağ döyüşlərinə qatıldı. Sonra o Kəlbəcər döyüşlərində irəliləməyə başladı. Sonra oktyabırın 26-da şəhid oldu. Gözlərini həyata yumdu. Xocalıya getməsəmdə, Xocalını görməsəmdə Xocalı sakini olaraq öz vətənimə, doğma yurduma qayıtmaq istərəm.

İşğalda olan torpaqlarımızın, dədə-baba yurdlarımızın azad edilməsi, tökülən şəhid qanlarının yerdə qalmaması indi tək təskinliyimizdir. Qarabağın azad edilməsi bizim tariximizə, soy-kökümüzə qayıdışın əsası, bünövrəsidir.

Elnur Vahdioğlu