• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1837
— 25.02.2023 20:19

Hərbi qulluqçuların məişət şəraiti və döyüş hazırlığı yüksək səviyyədədir

KepezTV Player

Azərbaycan Ordusunun maddi-texniki təminatı məsələləri daim diqqət mərkəzində saxlanılır. Ələlxüsus da, işğaldan azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçuları üçün şəraitin yaxşılaşdırılması prioritet hesab olunur. Ağdamda da bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

İşğaldan azad olunmuş Ağdam rayonundayıq. Bu dəfəki gəlişimizin məqsədi hərbçilərin sosial-məişət şəraiti ilə tanış olmaqdır.

Ağdam əsarətdən qurtulduqdan dərhal sonra burada hərbi hissələr yaradıldı və yüksək dağlıq ərazilərdə modul tipli yerləşmə məntəqələri inşa edildi. Çəkiliş zamanıuşaq evində böyüyən hərbi qulluqçu Əli Novruzovun doğum günü qeyd edilirdi. Bu münasibətlə Müdafiə nazirliyi tərəfindən qurban kəsilib və ona hədiyyə təqdim olunub. Ardınca əsgər üçün bişirilən tort kəsilib və ona komandirlərinin təbrikləri ünvanlanıb.

Hərbi qulluqçunun xidmət etdiyi yerləşmə məntəqəsində şəxsi heyətin sosial-məişət şəraiti üçün bütün imkanlar yaradılıb. Əsgər yataqxanası, müxtəlif təyinatlı anbarlar və digər otaqlar yüksək səviyyədə xidmət üçündür.

Bura yaşayış məntəqəsinin əşya anbarıdır. Burada hərbi qulluqçuların həm geyimlə, həm də digər əşyalarla təmin olunması üçün hər cür şərait yaradılıb.

Eyni zamanda əsgərlərin qidalanması üçün gün ərzində 3 dəfə yüksək kalorili ləziz təamlar bişirilir. Bu işi isə xanım aşbazlar icra edirlər

Əsgər yeməkxanasında əsgərlərlə birlikdə nahar edirik. İndi onlardan yeməyin dadını soruşacıyıq, görək bəyirlərmi. Ad, soyadını de. Mən əsgər Əliyev Sərvan. Necədi yediyiniz yeməklər, xoşunuza gəlirmi? Düzdü, evdəkilərin yerini verməsə də, əsgərlikdəsiz fikirlərini öyrənək. Yeməklərimiz həqiqətən çox yaxşıdı, çox dadlıdı. Gündə 3 dəfə yemək yeyirik, hamısı ləziz və dadlıdır.

Sosial məişət şəraiti ilə yanaşı şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına da diqqət yetirilir. Elə növbəti yerləşmə məntəqəsində hərbi qulluqçular üçün məşğələlər də keçirilir.
Döyüş növbətçiliyi aparan şəxsi heyət hazırda postlarda xidmət başındadı. Ancaq ehtiyat hərbi qulluqçulara tədris planına uyğun olaraq bu cür məşğələlər keçirilir.
Məşğələlər 4 istiqamət üzrə aparılır. Bunlar atəş, rabitə, artilleriya və mühəndis istehkam hazırlığıdır.
Ağdam rayonundakı döyüş mövqelərində də şərait xidməti yüksək səviyyədə həyata keçirməyə imkan verir.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığının yüksək saxlanması istiqamətində işlər davamlı xarakter daşıyır və infastrukturun yaradıması üçün lazımi addımlar atılır.