• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 25.02.2023 12:01

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

KepezTV Player

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Bu barədə Gəncə Gənclər Evində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirində qeyd edilib. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları 613 nəfəri amansızlıqla qətlə yetiriblər, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Universitet tələbələri Xocalı soyqırımına həsr olunan şerlər səsləndiriblər, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.