• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 24.02.2023 20:27

Səmərqənd və Gəncə şəhərlərinin qardaşlaşması barədə sənəd imzalanıb

KepezTV Player

Bu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur.