• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 24.02.2023 20:40

Millət vəkili: “Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilsin”

KepezTV Player

Gəncə seysmik ərazidə yerləşir, şəhərdə binalar və xəstəxanalar mütləq müvafiq seysmoizolatorlar əsasında tikilməlidir. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib. Deputat deyib ki,“Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olub və Göygöl yaranıb. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, şirkətlər pul qazanmaq naminə vətəndaşların faciəsinə yol açmayacaq” - deyə Naqif Həmzəyev əlavə edib.