• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 24.02.2023 20:37

Fiber-optik şəbəkə internetin sürətini artıracaq

KepezTV Player

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tovuz rayonunda GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb. Onlayn Azərbaycan layihəsi çərçivəsində davam edən işlər fonunda ölkə üzrə yüksək sürətli internetin təminatı həyata keçirilir.

Aztelekom Tovuzda GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Rayonun 6 kəndində yerləşən 5610 ev təsərrüfatı yüksəksürətli internetlə təmin olunub. Hazırda 1841 abunəçi bu xidmətdən yararlanır və yeni qoşulmalar davam edir.

2 minə yaxın sakinin yaşadığı Bozalqanlı kəndində əvvəllər internet olmayıb. İndi isə fiber-optik şəbəkə qurulub. Bozalqanlıdan əlavə, rayonun Aşağı Öysüzlü, Qazqulu, Abulbəyli, Düz Cırdaxan və Cəlilli kəndləri də layihə çərçivəsində sürətli internetlə təmin olunub.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksək sürətli 30 meqabit saniyədən 100 meqabit saniyədək internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 manatdan 54 manatadək dəyişir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksək sürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Aişə Rzayeva