• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 23.02.2023 20:18

“Gəncə” növbəti qələbə arzusunda

KepezTV Player

Azərbaycan Basketbol Liqasında ard-arda qazandığı qələbələrlə azarkeşlərini sevindirən "Gəncə" uğurlu seriyanı davam etdirmək niyyətindədir. Komanda növbəti ev görüşünə hazırlaşır.

Sarı-göylər "Neftçi" ilə qarşılaşmanın məşqlərini doğma şəhərdə, Gəncə Olimpiya İdman Kompleksində keçirlər. Paytaxt təmsilçisi ilə görüş klubun mövsümdə ikinci ev oyunu olacaq və kollektiv yerli fanatlar qarşısında qələbəyə köklənib. “Neftçi” adı ətrafındakı prinsipiallıq futbolda olduğu kimi basketbola da siraət edib. Ona görə matçın gərgin mübarizəyə səhnə olacağı gözləniləndir.

Sözsüz ki, "Gəncə"nin qələbələrində əsas amillərdən biri azarkeş dəstəyidir. Klubun ilk ev oyununda "Kəpəz"in fanklubları komandanı tək buraxmamışdılar. "Xırdalan"la qarşılaşma Premyer Liqada qərb derbisinə təsadüf etdiyindən tribunada fanklub üzvlərinin yer alması üçün Gəncənin oyun saatı dəyişdirilmişdi.

Bu arada basketbol üzrə ölkə kubokunun püşkü atılıb və "Gəncə"nin rəqibləri də bəlli olub. A qrupda yer alan sarı-göylər Sabah, "Xırdalan" və "Sərhədçi" komandaları ilə üz-üzə gələcək. Komandanın üzvləri püşkatmaya münasibətlərini bildiriblər.

Fevralın 25-də keçiriləcək "Gəncə" - "Neftçi" görüşü saat 15:00-da başlayacaq. Oyuna giriş biletsizdir.