• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 23.02.2023 16:23

Maaşların artrılması ilə bağlı sərəncam

KepezTV Player

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşlarının  fevralın 1-dən orta hesabla 10 faiz artırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları da fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. *** Prezident Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri əsasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, regional mədəniyyət idarələri yaradılması ilə bağlı sərəmcamda imzalayıb.