KepezTV Player
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Aksiya ötən il dekabrın 12-dən başlayıb. *** Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Yoldan bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Avtomobillər Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Yoldan Rusiya sülhməramlılarına məxsus 7 avtomobil də hərəkət edib.
- Baxış: 237