Göygöldə iki kəndi birləşdirən körpü oğurlanıb. Hadisə rayonun Çaylı kəndinin ərazisində baş verib. Əməkdaşlarımız olayın qeydə alındığı ərazidə olublar. Ətraflı qarşıdakı sujetdə
Körpü Göygölün Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndi arasında yerləşib. 50-ci illərdə tikilən dəmir yolu relslərindən ibarət metal konstruksiyalı körpü Kürəkçaydan ayrılan arxın üzərində quraşdırılıb. Hər iki kəndin sakinləri uzun illərdir bu körpüdən istifadə ediblər.
Körpü həm Çaylı, həm də Yolqulular kənd sakinləri üçün böyük önəm daşıyıb. Ona görə ki, burada həm təsərrüfat işlərində, qonşu kəndə gediş-gəliş üçün istifadə olunub. Hadisədən sonra isə kəndlər arasında əlaqə demək olar ki, kəsilib.
Hazırda çətinliklə də olsa əkin sahalərinə və qonşu kəndə yalnız piyada getmək mümkündür. Bu da yaz aylarında arxda su çoxaldığı zaman müşkül məsələyə çevriləcək.
Hadisədən sonra Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri – İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb. Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Göygöl rayon polis şöbəsindən verilən məlumata ümumilikdə körpünü oğurlayan şəxslərin vurduğu maddi ziyan 1000 manat dəyərindədir. Saxlananların digər cinəyət əməllərinin də olub-olmaması barədə araşdırma aparılır.
- Baxış: 228