• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 22.02.2023 20:40

Qana ehtiyacı olanlar üçün aksiya keçirilib

KepezTV Player

Ötən il Mərkəzi Qan Bankının Gəncə bölməsində 5625 donordan 2 min litirə yaxın qan toplanıb. İrsi qan xəstəliyindən əziyyət çəkənlər və qana ehtiyacı olanlar verilən qanlaın əsas istifadəçisi olub. "Qan ver, yaşat", adlı aksiya da qana ehtiyacı olanların tələbatını ödəmək məqsədi daşıyıb.

Könüllü aksiya Mərkəzi Qan Bankının Gəncə bölməsində baş tutub. Şəhər sakinləri qana ehtiyacı olanlar üçün donor olublar.  Qan verənlərin sağlamlğı və götürülən nümunə infeksiyalara qarşı yoxlanıldıqdan sonra donor olmalarına icazə verilib.

Rəşad Cəfərov- donor: “Özüm bura könüllü olaraq qan verməyə gəlmişəm. Kimlər də qan vermək istəyir, gəlsin. Bu, ancaq xeyriyyəçilikdir, başqa bir fikir yoxdur. Həm özünün sağlamlığın üçündür, həm də digər insanın həyatını xilas edirsən. Bu xeyriyyəçilikdir çox yaxşıdır”.

Turan Ak- donor: “Həqiqətən də qan vermək qorxulu bir şey deyil, əksinə sağlamlıqdır. Hamını bura könüllü qan verməyə dəvət edirəm. Özüm də 6 ildir ki, Gəncədə yaşayıram və 6 ildir könüllü qan verirəm. Türkiyədə olanda da belə idi. Mən tez-tez qan verdiyimə görə gümüş medalım var. Bizim üçün bir qan bir həyat qurtarmaq deməkdir”.

18 yaşından 60 yaşa kimi olan, çəkisi 50 kq-dan yuxarı, özünü sağlam hiss edən hər kəs donor ola bilər. Kişilər 2 aydan, qadınlar isə 3 aydan bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərti ilə qan verə bilərlər. Yalnız xroniki xəstəlikdən əziyyət çəkənlər, yeni əməliyyat olunanlar və təzyiqi olanlar qan verə bilməz.

Vüsalə Əhmədova- Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: “Qan qrupu faiz nisbətlərinə baxsaq, ikinci rezurs müsbət və birinci rezurs müsbət qan qruplarıdır. Bu qrup insanlar çoxluq təşkil etdiyinə görə, qana da ən çox ehtiyac bu qruplaradır. Rezursu neqativ olan insanlar az olduğu üçün, o insanlar da qan verməyə az gəldiyi üçün mənfi rezurslu qana ehtiyac olduğu zaman hər zaman mənfi rezurslu qanlar nisbətən az olur”.

Mərkəzi Qan Bankının Gəncə bölməsi qərb bölgsini əhadə edir və bölgədə qana ehtiyac olanlar üçün qan tədarük edilir. Regionda 140 nəfər irsi qan xəstəliyindən əziyyət çəkir. Onlardan 120-i talessemiya, 20-i isə hemofiliya xəstəsidir. 

Elnur Vahidoğlu