• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1288
— 22.02.2023 11:45

Dilimizin saflığını qoruyaraq necə düzgün danışaq? Nitqimizdəki problemlər

KepezTV Player

Nitq cəmiyyətdə var olduğunu ifadə etməyin əsas yoludur. Bir fərd kimi var olmağın, “mən burdayam” deməyin ən ideal vasitəsidir. Gərək düzgün istifadə edəsən. Əks halda, özünü ifadə etmək çətinləşir və bu vasitə insan üçün əks silaha çevrilir. Mənsubu olduğun dilin normalarını qoruya bilmirsən və milli varlığın da zaman içində  şübhə altına düşür.

Dahi şair Bəxtiyar Vahabzadə dilimizə yadlaşmamağı, onun saflığını qorumağı öz poetik dili ilə həmişə çatdırıb. Ancaq təəssüf ki, hazırda dilimizin lüğət tərkibinə daxil olmayan, tələffüzü nitq normalarımızla uzlaşmayan sözlər müasir dövrdə əsassız şəkildə mənimsənilir və istifadəsi gün keçdikcə geniş hal almağa davam edir. Doğma danışıq dilimizin təmizliyi beləcə pozulur.

Yaşanan bu problemlər, əsasən, ləhcə, digər ailə üzvlərinə xas dialektli danışıq, dilimizdə qarşılığı olsa da bəzi sözlərin başqa dillərdən götürülüb işlənməsindən qaynaqlanır.

Həmçinin insanlar danışıq normalarıyla uzlaşmağı o qədər unudur ki, onda “ağız tənbəlliyi” müşahidə edilir. Ağız boşluğu danışıq zamanı öz funksiyalarını tam və doğru şəkildə yerinə yetirmir. Səslər düzgün qaydada tələüffüz edilmir. Danışan zaman çənə, ümumiyyətlə açılıb bağlanmır. Təbii olaraq da bu sözlərin yanlış deyilməsinə, nitqin anlaşılmaz səslənməsinə və xitab etdiyimiz insanlar üçün təsirsiz olmasına səbəb olur. Belə olduqda, nitqində problem olan şəxsin dedikləri başqaları tərəfindən istədiyi dəyəri və diqqəti görmür.

Milli kimliyimizi tanımağın və tanıtmağın ən gözəl vasitəsi olan ana dilimizə, Azərbaycan dilimizə sadiq qalmaq əsrlər boyu əsas vəzifəmiz olub. Olmağa da davam etməlidir. Xoş sabahlar!

Aysel Abbasova