Şəmkir rayon Polisi Şöbəsinin Dövlət Üol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və baş verə biləcək qəzaların qarşını almaq məqsədi ilə rayon ərazisində profilaktiki-monitorinq tədbirləri davam etdirilir. Keçirilən sonuncu belə monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb. Qayda rozanlar arasında 4 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotikdən istifadə etmələri məlum olub. Həmin şəxslər barəsində torlanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Etibar Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, Ruslan Muradov 8 ay müddətinə sürücülük hüququndan məhrum, Aqşin Əsgərzadə və Valeh Alsanov müxtəlif məbləğlərdə cərimə edilib.
- Baxış: 592