• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 22.02.2023 12:33

Türkiyədə müalicə olunan daha 2 qazimiz Vətənə qayıdıb

KepezTV Player

Ağır yaralanan iki qazimiz – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib ki, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək. Bu günə qədər 178 qazimiz müalicə üçün qardaş ölkəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.