• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 21.02.2023 12:01

Ötən gün Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələ baş verib

KepezTV Player

Ötən gün Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələ baş verib. Daha sonra isə 31 ardıcıl təkan qeydə alınıb. Son məlumata əsasən, yeraltı təkanlar nəticəsində 6 nəfər həlak olub, 294 nəfər isə xəsarət alıb, 18-nin vəziyyəti ağırdır. İlkin tibbi yardımdan sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar. Səhra hospitalları da yaralılara lazımi xidməti göstərir. Hazırda dağıntılar altında qalan 2 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir. Hatayda zəlzələdən sonra sunami xəbərdarlığı da ləğv edilib. Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

Bu arada, qardaş ölkədə fevralın 6-ı baş vermiş təbii fəlakətdən sonra dağıntılar altından çıxarılan 1838 kimsəsiz uşaq qeydiyyata alınıb, 1286 uşaq isə müraciət edənlərin şəxsiyyəti yoxlanılaraq ailələrinə təhvil verilib. 85 azyaşlı müalicə olunduqdan sonra Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən himayəyə götürülüb və 467 uşağın xəstəxanalarda davam edən müalicə prosesi nəzarətdə saxlanılır. Şəxsiyyəti hələlik məlum olmayan 213 azyaşlı var.