• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 20.02.2023 20:38

Horadiz-Ağbənd dəmir yolu xətti üzrə ərazi minalardan təmizlənir

KepezTV Player

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 80% yerinə yetirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət idarəsindən verilən məlumata görə,dəmir yolunda tikinti işlərinin 38 %-i icra edilib. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə isə proses davam edir. Layihə üzrə 9 stansiyanın inşası nəzərdə tutulub. Horadiz-Ağbənd dəmiryolu xəttinin gələn ilin ortalarına təhvil verilməsi planlaşdırılır. Bu mövzu ilə bağlı daha geniş materiala sabahkı buraxılışlarımızda baxa bilərsiz.