• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 20.02.2023 20:36

İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 42 kiloqram 650 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Biləsuvarın Yuxarıağalı kəndi yaxınlığında bağlamada ümumi çəkisi 8 kiloqram 250 qram narkotik vasitə, Füzulinin Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 bağlamada ümumi çəkisi 20 kiloqram 300 qram narkotik vasitə və Füzulinin Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində isə 1 bağlamada ümumi çəkisi 5 kiloqram 100 qram “marixuana” aşkar olunaraq götürülüb. Zəngilanın Şərifan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində “Nexia” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb. Saxlanılan şəxsin 1974-cü ildə Cəbrayılın Kürdlər kəndində anadan olmuş, hazırda Saatlıda yaşayan Balacayev İlham Qara oğlu olduğu müəyyən edilib və idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 9 kiloqram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.