• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 20.02.2023 11:00

Avropa və milli mətbəx yeməkləri

KepezTV Player

Mütəxəssislərin dediyinə görə, insana ən çox motivasiya verən amillərdən biri yeməkdir. Yeməklər isə müəyyən bişirilmə üsullarına və mətbəxlərə görə fərqlənir. Biz isə bu gün Avropa və milli mətbəxdən söhbət açacağıq.

Avropadan mətbəximizə bir-birindən fərqli dada və dizayna sahib yeməklər gəlib çıxıb. Bəs bu təamların orqanizmimizə mənfi və müsbət təsiri nədir? Bunun üçün isə yollandıq  fərqli dizaynla bütün dünyanın obyektiv mərkəzində olan Asiya mətbəxinə.

Şərq mətbəxi ilə yanaşı, həmçinin bir sıra dünya mətbəxindən olan yeməklər var ki, hazırda dəbdədir. Bunlardan biri isə sağlam qidalar siyahısına aid olan suşidir. Onun hazırlanma metodu əslində sadə, amma bir o qədər də mürəkkəbdir.

Avropa təamları dedikdə ağıla gələn fast-foodların da adını çəkməsək olmaz. Dünya tərəfindən balacadan-böyüyə rəğbətlə qarşılanan bu yeməklərin bişirilmə qaydasına göz atdıq. Bol yağla və duzla  hazırlanan bu təamlar insanın sağlamlığında müəyyən qədər rol oynayır. Bəs fast-foodların kalori miqdarı nə qədərdir? Sualımıza cavab tapmaq üçün yollandıq müsahibimizin yanına.

İndi isə nənələrimizdən  bizə əmanət olan və milli-mənəvi dəyər kimi hər zaman qoruyub saxladığımız milli mətbəxə keçid edəcəyik. Zəngin Azərbaycan mətbəxi haqqında çox danışmaq olar. Amma atalarımız demişkən, min dəfə danışmaqdansa, bir dəfə görmək yaxşıdır.

Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər kəs təsdiq edə bilər. Milli mətbəximizdə 2000-ə yaxın xörək növü var. Amma necə deyərlər: “əyri oturub, düz danışmaq” lazımdır. Elə yeməklərimiz var ki, həddindən artıq yağlı və bol kalorilidir. Nizami Gəncəvi demiş,

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da”.

Tellan Zeynalova