Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti İlham Əliyev 28 il boyunca sülh danışıqları aparıldığından, Qarabağ münaqişəsi döyüş meydanında həll edilməsəydi, bu danışıqların daha 28 il çəkəcəyindən də bəhs edib.
Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışıldığını qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev bu işi tezliklə tamamlayacağımıza ümid ifadə edib. Bunun ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola biləcəyini vurğulub.
- Baxış: 319