Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün qara maska geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 509