• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 18.02.2023 14:26

Göygöldə mağazalardan oğurluq və soyğunçuluq edən şəxs saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağaza və aptekdən silsilə oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı əvvəllər məhkum olunmuş Samir Əsgərovun rayonun Yeni Qızılca kəndindəki mağazadan 1900 manat pulu, aptekdən isə 2000 manat dəyərində dərman pereparatlarını oğurlaması məlum olub. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ildə rayon ərazisində soyğunçuluq cinayəti törətməsi də məlum olub. Belə ki, S. Əsgərov aptekə daxil olaraq orada satıcı işləyən qadına zor tətbiq edərək kassada olan pulu tələb edib lakin sonuncu müqavimət göstərdiyinə görə cinayəti başa çatdıra bilməyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı cinayət işi başlanılıb.