• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 18.02.2023 13:30

Prezidentin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub

KepezTV Player

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib. Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirib. Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.