Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən irsi qan və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Naftalanlılar bu nəcib və humanist xarakterli aksiyaya qoşulmaqla talassemiya və hemofiliyadan əziyyət çəkənlər üçün könüllü donor olublar. Tibb briqadasının hematoloqları tərəfindən qan vermək istəyənlər tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər. Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
- Baxış: 339