• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 17.02.2023 11:43

Əliağa Vahid yaradıcılığı

KepezTV Player

Məşhur qəzəlxan şair Əlağa Vahidin yaradıcılığına nəzər salsaq görərik ki, o, milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Vahidi gələcəyin şairi adlandırırdılar. O, hələ tam araşdırılmayıb. Yaradıcılığı hər zaman tədqiqat obyekti olub. Əliağa Vahid elə bir şəxsiyyətdir ki, onun həyat və yaradıcılığı daima diqqət mərkəzində olmalıdır.

Onun ölümündən düz  58 il keçir. Dahi şairi əbədi yaddaşlara həkk etmək üçün Bakıda “Əliağa Vahid bağı” salındı və özü tək yeganə olan büstü də elə həmin yerdə saxlanılır. Bu günə qədər onun haqqında çox yazılıb və yenə də yazılacaqdır.  Nizamişünaslıq, füzulişünaslıq olduğu kimi, vahidşünaslıq da var.

Yaradıcılığında insanlıqdan və sevgidən yazıb-yaradan şairin də dediyi kimi :

               “Yansın dilim ağzımda desəm, nazını az et,
                Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Lalə Bağırova