• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 17.02.2023 11:58

Azad edilmiş ərazilərdə bölmələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Müdafiə naziri döyüş mövqelərinə gələrək əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib. Qeyd olunub ki, müasir texniki avadanlıqla təchiz olunmuş mövqelərdə qarşı tərəfin bütün fəaliyyətləri fasiləsiz müşahidə edilir. Şəxsi heyətlə görüşən nazir onların döyüş ruhu və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyub. Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada zəruri infrastruktur yaradılıb. Hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verilib.