KepezTV Player
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Göygöl rayonunun Toğanalı, Qax rayonunun Kiçik Alatəmir kəndləri ərazisində, vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub. Qanunsuz kömür istehsal edən şəxslərin Toğanalı kənd sakinləri Məmməd Süleymanov, İsmət Həsənov və Kiçik Alatəmir kənd sakini Əfqan Omarov olduğu müəyyən edilib. Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları ləğv edilib.
- Baxış: 333