• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 16.02.2023 21:43

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb

KepezTV Player

Samux Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Taksini idarə edən Elgün Əşrəfovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Əşrəfovun narkotikdən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib.