KepezTV Player
Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik edib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıldığı qeyd edilib.
- Baxış: 163