• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 16.02.2023 17:02

Azad edilən ərazilərdə bərpa işləri

KepezTV Player

2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 min 999 evin tikintisi planlaşdırılır. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Qeyd edib ki, baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən, 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Emin Hüseynovun sözlərinə görə, 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşıya qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri icra edilir. Azad edilmiş ərazilərdəki şəhərlərdə yeni küçələr və küçə adları olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.