• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 16.02.2023 13:41

"Qarabağ" pley-off mərhələsində ilk oyununu keçirəcək

KepezTV Player

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. "Köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveçdən Məhəmməd Al-Hakim olacaq. Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Qış fasiləsində Kadi Borges və Kvabena Ovusunu satan Azərbaycan çempionunda qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə, digər arxa xətt oyunçusu Kevin Medina isə cəza səbəbindən bugünkü qarşılaşmanı buraxacaqlar.