• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 16.02.2023 13:21

18724 bakalavr üçün magistraturaya qəbul imtahanı keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 19 fevral tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan müddəti 3 saatdır və 11:00-da başlanır. İmtahanda iştirak etmək üçün 18724 bakalavr ərizə təqdim edib.