• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 15.02.2023 20:05

"Kəpəz"in əvəzedicilərinin ard-arda 7-ci ev qələbəsi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizonunda 17-ci tura yekun vurulub. Son oyun günü “Kəpəz-2” doğma publika qarşısında “Turan Tovuz-2”ni qəbul edib.
Aşağı liqadakı qərb derbisindən öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarşılaşmanın ilk dəqiqələrindən etibarən hər iki komanda açıq oyun nümayiş etdirib. Tərəflər əzəli rəqabət çərçvisəində növbəti duelde qarşılıqlı hücumlarla qapıya yol tapmağa çalışıblar. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Qonaqları əks hücumda yaxalayan meydan sahibləri məhsuldar həmlə təşkil ediblər. Elnur Cəfərov “sarı-göylər”in heyətində çıxdığı ilk oyunda olduğu kimi yenə toru havalandıraraq komandasını hesabda önə keçirib. İlk yarı gəncəlilərin 1:0 üstünlüyü ilə başa çatıb. İkinci hissədə də komandalar bir neçə epizodda qola yaxın olublar. Ancaq qeyri-dəqiq zərbələr və qapı tiri hesabın dəyişməyinə imkan verməyib. Sonda "Kəpəz-2" tovuzluları minimal hesabla məğlub edib. Bununla evdə ard-arda 7-ci ev qələbəsini qazanan dağlılar aktivinə növbəti 3 xalı yazaraq turnir cədvəlində 4-cü pillədəki mövqeyini möhkənləndiriblər.