• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 15.02.2023 15:58

Samuxda 14 qanunsuz silah müsadirə edilib

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin əməkdaşları 14 nəfər sakindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edərək götürüb. Silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bundan başqa, Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının zibil qutularından kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib. Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları ilə bağlı 13 fakt aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.