• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2353
— 14.02.2023 20:44

Gəncədən 70 tondan artıq humaitar yardım yola salınıb

KepezTV Player

Gəncədən qardaş ölkə Türkiyəyə növbəti humanitar yardım karvanı yola salınıb. Türkiyənin Gəncədəki Baş Konsulluğunun xətti ilə 7 TIR axşam saat 18 radələrində yola çıxıb. Bu dəfə Neftçala, Salyan, Saatlı, Hacıqabul, Masallı, Qusar, Ağsu, Şamaxı, İsmayıllı, Gobustan, Siyəzən, Xızı və Şabrandan gətirilən ümumilikdə 70 tondan artıq yük Türkiyəyə göndərilib. Qardaş ölkəyə yola salınan dördüncü karvanda əsasən generator, isidici, yorğan, çarpayı, geyim, ərzaq və tibbi ləvazimatlar yer alıb. Zəlzələdən əziyyət çəkənlər üçün bu günədək Gəncədəki yardım toplama mərkəzindən ümumilikdə 33 TIR humanitar yardım göndərilib. Yardımlar şəhər və rayon icra hakimiyyətlərinin və sakinlərinin təşəbbüsü ilə toplanıb.