• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 12.02.2023 20:25

"Gəncə"dən möhtəşəm qələbə

KepezTV Player

Azərbaycan Basketbol Liqasında XVII turun oyunları çərçivəsində “Gəncə” evdə “Xırdalan” ilə üz-üzə gəlib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada meydan sahibləri yeni transferlərinin uğurlu çıxışı sayəsində rəqibi üzərində 92:78 hesablı qələbə qazanıblar. Oyunun son periodunda hesabda geri düşən "Gəncə" yerli azarkeşlərin güclü dəstəyi nəticəsində dönüş yaradıb və əzmkarlıq sayəsində "Xırdalan"a qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu  “Gəncə”dən Cordan Endryus olub. O, 24 xal və 10 ribaundla fərqlənib.