• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 12.02.2023 20:19

Kahramanmaraşda dağıntılar altından sağ çıxan bacılar evə döndülər

KepezTV Player

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr- Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətiriliblər. Əməkdaşımız Aişə Rzayeva onların doğma yurdu Gədəbəyə yollanaraq, bacılarla həmsöhbət olub.
Qardaş ölkədə baş verən zəlzələ bizi nə qədər sarsıtdısa, hadisənin baş verdiyi ərazilərdə əzizləri olan azərbaycanlıları daha çox sarsıtdı. Xüsusən də, Türkiyədə təhsil alan tələbələrimizin valideynlərini. Günlərdir ürəyi səksəkədə olan valideynlərdən biri də Gədəbəy rayonunun İnəkboğan kənd sakini Mübariz Cəfərovdur. Onun iki qız övladı Kahramanmaraşda zəlzələyə şahidlik ediblər. Ata isə ilk xəbəri televiziya kanallarından birini izləyərkən alıb.
Mübariz Cəfərovun görəcəyi ilk iş səfirliyimizə zəng etmək olub. Onlardan xəbər gələndə ki, qızlar sağdır, amma yerləri bəlli deyil, az da olsa valideynlərin ürəyinə su səpilib.
Zəlzələdən əziyyət çəkən bacılardan Jalə Cəfərova Kəpəz televiziyasına yaşadıqlarını film kimi nəql etdi...
Kahramanmaraş Universitetinin “Sağlıq bilimləri” fakültəsinin 4-cü kurs tələbəsi Gülşən Cəfərova da bacısından heç də az gərginlik yaşamayıb. 

Əslində, qardaş ölkədə baş verən hadisəni heç kəs ömrünün sonunacan unuda bilməyəcək. Nə yarım qalan ömürləri, nə valideynsiz övladları, nə də çəkilən fəryadları. Çarəsizlik ağır dərddir. Allah bir daha yaşatmasın! 

Aişə Rzayeva