• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2045
— 11.02.2023 19:50

Qərb derbisində "Turan Tovuz" 3 xal qazandı

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunda derbi həyacanı yaşanıb. Tur çərçivəsində “Turan Tovuz” evdə “Kəpəz”i sınağa çəkib. Görüşdən öncə Türkiyədə baş vermiş ağır zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb. “Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!”, - deyə bannerdəki yazıda qeyd edilib. Eyni zamanda, Tovuz şəhər stadionunun tribunaları da Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib. Oyuna gəlincə meydan sahibləri hər hissədə vurduğu bir qolla 2:0 hesablı qələbə qazanıb. Tovuzluları qollarına ilk hissənin son dəqiqəsində Runi Eva və qarşılaşmanın 48-ci dəqiqəsində Xəyal Nəcəfov imza atıb. 84-cü dəqiqədə Kəpəzin qapıçısı Orxan Sadıqlı rəqib komandanın oyunçusunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Bu qələbə sayəsində xallarının sayını 23-ə yüksəldən “Turan Tovuz” turnir cədvəlinin altıncı pilləsindəki mövqeyini möhkəmləndirib. “Kəpəz” isə aktivindəki 14 xalla doqquzuncu yerdədir.