• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 11.02.2023 19:55

Gəncədə buraxılış imtahanlarına hazırlıq aparılır

KepezTV Player

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlandı. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart, ümumi orta təhsil səviyyəsi üzrə imtahan isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək. Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki günə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.  İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Artıq Gəncədə keçiriləcək imtahanların binaları müəyyənləşib. Həmçinin nəzarətçi müəllimlərin siyahısı da bazaya işlənib. Yaxın günlərdə isə Dövlət İmtahan Mərkəzi tərəfindən Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına sənəd qəbulunun vaxtları açıqlanacaqdır. Abituriyentlər üçün bəzi yeniliklər də var.