• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2078
— 10.02.2023 20:10

Dindarlar zəlzələ qurbanları üçün dualar ediblər

KepezTV Player

Gəncədə bu gün baş tutan cümə namazında Türkiyədə həlak olan zəlzələ qurbanlarının ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib. Yaralılara tezliklə şəfa tapmaları arzulanıb. Bu çətin günlərdə vəhdət göstərən Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olmasının qardaşlıq nümayişi olduğu vurğulanıb. İmamzadə kompleksində keçirilən dini mərasim zamanı qərb bölgəsinin dindarlarının da baş verən faciə ilə əlaqədar dualar etməsi vəhdətliyin nümayişi kimi qeyd edilib.