• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 10.02.2023 20:03

Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü ilə qədər dayandırılır

KepezTV Player

Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların 2024-cü ilə qədər dayandırılması barədə qanunu da təsdiqləyib.

Dövlət başçısının təsdiq etdiyi "Təhsil haqqında" qanuna dəyişikliklə ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.