• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 10.02.2023 16:02

"Gəncə" ilk dəfə doğma meydanda

KepezTV Player

Gəncə ilk dəfə Azərbaycan Basketbol Liqasının qarşılaşmasına ev sahibliyi edəcək. Şəhərin eyniadlı klubu növbəti turda uzun həsrətdən sonra rəqibi ilə doğma azarkeşləri önündə qarşılaşacaq. Gəncə klubu bir neçə dəfə Azərbaycan çempionatına qatılsa da, şəhərin idman qurğularındakı şəraitsizlik səbəbindən ev oyunlarına yalnız Bakıda çıxıb. Bu mövsümün əvvəlindən komanda rəqiblərini yerli Olimpiya İdman Kompleksində qəbul etmək istəsə də, müəyyən səbəblərdən bu, gecikib. Sonradan kompleksdə lazımi işlər görüldükdən və istilik sistemi ilə bağlı məsələ həll olunduqdan sonra, bu planın həyata keçməsində maneə qalmayıb. Gəncə ilk ev qarşılaşmasında sabah Xırdalan kollektivi ilə üz-üzə gələcək. Görüş saat 19:00-da başlayacaq.