• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 820
— 10.02.2023 15:49

Türkiyəyə 2 TIR yola salınıb

KepezTV Player

Türkiyəyə qardaş yardımına Şəmkir ictimaiyyəti və iş adamları da qoşulub. Zəlzələdən zərərçəkənlər üçün yardım aksiyası Şəmkir Olimpiya İdman Komleksində yartadılan qəbul məntəqəsində həyata keçirilir. Rayonun xeyriyyəçiləri tərəfindən humanitar yardım olaraq ən çox ehtiyac duyulan vasitələr təhfil verilir. Təbii fəlakətdən zərər çəkən bölgələrə göndərilməsi üçün çeşidlənərək qablaşdırılır və göndərilməsi üçün yük maşınlarına yığılır. Dəstəyə gələnlər arasında şəhid ailələrinin, xüsusilə də şəhid övladlarının olması Türkiyə xalqının dərdinə şərik olmaq, yardım üçün əllərindən gələni əsirgəməmək məqsədi daşıyır. Ümumiyyətlə bütün rayon sakinləri qardaş Türkiyəyə dəstək üçün kampaniyada iştirak edirlər. Şəmkirlilər artıq 2 TIR-ı yola salıblar. Qardaş Türkiyəyə göndərilən yardım yataq dəstləri və geyimlər, qızdırıcı cihazlardan ibarət olub. Eləcə də quru ərzaqlar, gigiyenik vasitələr, çadır, generatorlar, blumlar göndərilib.