• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 10.02.2023 10:01

Xəsarətlə nəticələnən yol qəzası olub

KepezTV Player

Tovuz şəhəri, Səməd Vurgun küçəsində, avtomobil keçidində zəncirvari yol nəqliyyat hadisəsi qeydə alınıb. Yeraltı keçidlə hərəkətdə olan "Toyota", "VAZ 2106" və "VAZ 2109" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində iki nəfər rayon sakini - 47 yaşlı Mehriban Alıyeva və 35 yaşlı Vasif Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal  təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstələrə ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin  orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.