• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 10.02.2023 10:04

FHN Türkiyəyə növbəti yardım göndərib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb. Yardım paketinə çadırlar və sobalar daxildir. Avtomobil karvanı mümkün qədər qısa vaxtda təyin olunan ünvana çatacaq. Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə Bakı-Qazax-Gürcüstan magistral yolu ilə qardaş ölkəyə göndərilib. Yardım karvanı xüsusi təyinatlı 16 nəqliyyat vasitəsindən ibarətdir.